PLASTIC SURGEON
PLASTICITY
OBASTAN VİKİ
Plastic Memories
Plastic Memories (プラスティック・メモリーズ, Purasutikku Memorīzu, azərb. Plastik xatirələr‎) və ya qısaca Pla-Memo (プラメモ, Puramemo) — Yoşiyuki Fucivaranın rejissorluğu ilə Doga Kobo studiyası tərəfindən istehsal olunmuş anime serialı. Anime serialının ssenarisini Naotaka Hayaşi yazmış, personajlarını Okiura dizayn etmişdir. Yaponiyada 5 apreldən 28 iyun 2015-ci ilə kimi yayımlanmışdır. == Məzmun == "Plastic Memories"-də hadisələr yaxın gələcəkdəki bir şəhərdə baş verir. Bu şəhərdə insanlar normal insana çox oxşayan, emosiyalara və yaddaşa malik androidlərlə birlikdə yaşayırlar. Android istehsalında qabaqcıl şirkətlərdən biri olan SAI Corp indiyə qədər insana ən çox oxşayan android modeli Qiftiyanı (ing. Giftia) təqdim edir. Bir qiftiyanın ömrü 81.920 saat (təxminən 9 il 4 ay) təşkil edir. Bu zaman limitini keçdikdən sonra qiftiya şəxsiyyətini və yaddaşını itirir, insanlara qarşı şiddət tətbiq etməyə başlayır.